V Eduard | |
---|---|
9 aprel 1483 – 25 iyun 1483 | |
Əvvəlki | IV Eduard |
Sonrakı | III Riçard |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 2 noyabr 1470 |
Doğum yeri |
|
Vəfat tarixi | 1483 |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | siyasətçi |
Atası | IV Eduard[1][2] |
Anası | Elizabet Vudvil[1][2] |
Ailəsi | York sülaləsi |
Dini | katolisizm |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
V Eduard (ing. Edward V of England; 2 noyabr 1470, Vestminster abbatlığı, Böyük London regionu[d] – 1483, London qalası) — İngiltərə kralı.
Atası IV Eduardın ölümünün ardından kral elan edilsə də, tacqoyma mərasimi baş tutmadı. Kral naibi təyin edilən əmisi Qloster hersoqu Riçardın himayəsində qaldı. Ancaq bir neçə ay sonra əmi onu taxtdan endirərək III Riçard adı ilə krallığı ələ aldı. Kiçik qardaşı York hersoqu Riçardla birlikdə London qalasına həbs edildi və bir neçə ay sonra qalada müəmmalı şəkildə yoxa çıxdı. Şahzadələrin yoxa çıxmasında isə təqsirkar əmiləri görüldü. Mərhum kral IV Eduardın övladlarını qeyri-məşru elan edən bir parlament qərarı ilə öz taxt iddiasını isbat edən III Riçard taxtda çox qala bilmədi.